Bolqarıstan klubu “Lokomotiv”in hücumçusu Alfa Kontenin “Neftçi”yə transferindən nə qədər qazanc əldə etdiyi müəyyənləşib.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Plovdiv təmsilçisi aparıcı oyunçusunu satışından 150 min avro qazanıb. Lakin bu pulun heç də hamısı “Neftçi”nin büdcəsindən çıxmayıb. Belə ki, məbləğin bir hissəsi “Lokomotiv”in Konteyə olan borclarından çıxılıb.
Qeyd edək ki, Syerra Leone millisinin üzvü “Neftçi” ilə 3,5 illik müqavilə imzalayıb.