“Neftçi” və İspaniyanın “Atletiko” ilə “Betis” klubları Rumıniya millisinin qapıçısı Horatiu Moldovanla maraqlanırlar.

Futbolinfo.az “atleticosport.es” saytına istinadən xəbər verir ki, ölkəsində Buxarest “Rapid”inin formasını geyinən 26 yaşlı futbolçunun müqaviləsində sərbəstqalma bəndi var.

“Rapid”lə 2025-ci ilin yayına qədər sözləşməsi olan Moldovanı almaq istəyən klub 800 min avro ödəməlidir. Bu mübarizədə “Atletiko” favorit hesab edilir.

2022-ci ildən Rumıniya millisinə çağırılan Horatiu Moldovan hazırda əsas qapıçı sayılır.

Shares: