Milli Hokkey Liqası rəsmi saytında “Ulduzlar oyunu”nda iştirak edəcək kapitanların adlarını açıqlayıb.Bu il 3×3 turnirində divizionların komandaları yarışmayacaq. 4 komandanın heyəti fevralın 2-də keçiriləcək draftda müəyyənləşəcək.

Liqalar tərəfindən seçilən kapitanlar köməkçisi və məşhurlarla birlikdə Torontoya dəvət ediləcərək heyətləri formalaşdıracaqlar. Hər bir komandada 11 oyunçu yer alacaq. Onlardan 2-si qapıçı olacaq.

Metyusun komandası: kapitan – Oston Metyus (Toronto), köməkçisi – Morqan Rayli (Toronto), məşhur sima – müğənni Castin Biber.

Makdevidin komandası: kapitan – Konnor Makdevid (Edmonton), köməkçisi – Leon Drayzaytal (Edmonton), məşhur sima – aktyor Vill Arnett.

Makkinnonun komandası: kapitan – Natan Makkinnon (Kolorado), köməkçisi – Keyl Makar (Kolorado), məşhur sima – pop-müğənni Teyt Makrey.

Hyuzların komandası: kapitanlar – Cek Hyuz (Nyu-Cersi) və Kuin Hyuz (Vankuver), məşhur sima – müğənni Maykl Buble.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp