İtaliyanın futbol üzrə millisinin bombardiri Luici Riva 79 yaşında vəfat edib. Bu barədə sözügedən ölkənin futbol federasiyası məlumat yayıb.
Riva yanvarın 21-də ürəktutması səbəbindən xəstəxanaya yerləşdirilmişdi.
Xatırladaq ki, Riva 1965-1974-cü illərdə İtaliya millisində çıxış edib və 42 matçda 35 qol vurub. Avropa çempionu (1968-ci il) və dünya çempionatının gümüş mükafatçısıdır (1970-ci il).
Klub karyerasında Riva 1970-ci ildə İtaliya çempionu olduğu “Lenyano” və “Kalyari”də çıxış edib. Hücumçu üç dəfə ölkə çempionatının bombardiri olub, “Kalyari”nin heyətində 207 qol vurub və bu göstəriciyə görə klubun rekordçusudur.
Riva 1988-2013-cü illərdə İtaliya millisinin direktoru və idarə heyətinin üzvü olub.