“Turan Tovuz” futbolçusu Martin Petkovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Futbolinfo.az xəbər verir ki, bu barədə Tovuz klubu məlumat yayıb.

Petkova göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Xatırladaq ki, Petkovun Tovuz klubundan ayrılacağı barədə “Futbolinfo” daha öncə xəbər yaymışdı.

Shares: