“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyaya gedib.
Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Bayer” (Leverkuzen) klubunun baş məşqçisi Xabi Alonso ilə görüşüb.
Qurbanovun məqsədi ispaniyalı çalışdırıcının məşq metodları ilə maraqlanmaq və Almaniya təmsilçisinin düşərgəsində təcrübə toplamaqdır.