Milli Basketbol Assosasiyasında “All Star” oyunu üçün start beşliyi açıqlanıb.

Qərb konfransının heyəti belədir: Lebron Ceyms (Leykers), Nikola Yokiç (Denver), Kevin Dürant (Finiks), Luka Donçiç (Dallas), Şey Gilz-Aleksander (Oklahoma).

Şərq konfransının heyəti: Yannis Antetokumbo (Miluoki), Coel Embiid (Filadelfiya), Ceyson Teytum (Boston), Tayriz Halibörton (İndiana), Damian Lillard (Miluoki).

Lebron Ceyms 20-ci dəfə “All-Star” komandasına seçilib. Bununla da o, əfsanəvi Kərim Abdul-Cabbarı geridə qoyaraq MBA tarixinə düşüb.

İlk beşlik azarkeşlər, oyunçular və media nümayəndələrinin səsverməsi əsasında müəyyən edilib. Yekun nəticənin 50%-i azarkeşlərin, 25%-i isə basketbolçular və jurnalistlərin səslərinə əsasən hesablanıb.

Səsvermədə 1-ci yeri tutan Ceyms Qərb konfransının kapitanı olacaq (5 098 872 azarkeş səsi), Antetokumbo isə Şərq konfransında səsverməyə başçılıq edib (5 427 874 azarkeş səsi).

Shares: