Basketbol üzrə Avroliqa turnirində dünən 5 oyun keçirilib. İstanbulun “Fənərbağça” komandası evdə növbəti qələbəsini qazanıb.
Turnir cədvəlinin liderlərindən olan “Virtus” komandası ilk periodda üstün oyun göstərib. Lakin 2-ci perioddan başlayaraq istanbullular hücumda məhsuldar oyun nümayiş etdiriblər. Bu da qələbənin qazanılmasına gətirib çıxarıb. Türkiyə klubunun mərkəz basketbolçusu Motli oyunda dabl-dabl edib. O, görüşü 23 xal və 11 ribaundla tamamlayıb.
Əsas sensasiyalardan biri Almaniya təmsilçiləri ilə əlaqədar olub. “Bayern” evdə autsayderlərdən biri “Asvel”ə məğlub olub – 64:76. Digər Almaniya komandası “Alba” isə “Srvena Zvezda”ya 89:80 hesabı ilə qalib gəlib. Berlin komandasının heyətində Tomas 19 xal toplayıb.
Yunanıstanın “Panatinaikos” komandası Belqradda “Makkabi”yə məğlub olub – 75: 90. Digər yunan komandası üçün də tur uğursuz alınıb. “Olimpiakos” səfərdə Madrid “Real”ı ilə bacarmayıb.
Bu qələbədən sonra madridlilər liderliklərini bir qədər də möhkəmləndiriblər. Bu nəticələrdən sonra “Fənərbağça” “Panatinaikos”a çatıb. “Barselona” isə “Virtus”u ötmə şansı əldə edib.