“Neftçi”nin sabiq futbolçusu Mateus Saldanya uğrunda mübarizə davam edir. Serbiyanın “Partizan” klubunun formasını geyinən hücumçunun keçidinə ən çox maraqlı olan klublardan biri də “Fənərbağça”dır.
Braziliyalının meneceri “Torino” ilə danışıq aparmaq üçün İtaliyaya yollansa da, Türkiyə klubu öz nümayəndəsini Belqrada göndərmək qərarına gəlib. Klub rəsmisi Selahattin Baki “Partizan” rəhbərliyi ilə masa arxasında əyləşmək üçün tezliklə səfərə yollanacaq. İstanbul nəhəngi transferin reallaşması üçün qarşı tərəfə 8 milyon avro təklif edib. Serblər isə 10 milyonluq qazanc götürmək niyyətindədir.
Qeyd edək ki, bu mövsüm keçirdiyi 24 oyunda 15 qol vuran Saldanyanın “Partizan”la müqavilə müddəti 2027-ci ilin yayına qədərdir. Forvard 2023-cü ilin ilk 6 ayını “Neftçi”nin heyətində keçirib.