“Baku TV”də “Zirə” klubu ilə bağlı sujet hazırlanıb.

Futbolinfo.az xəbər verir ki, sujetdə “Zirə” futbol klubunun son vaxtlar Premyer Liqadakı hakim qərarlarına narazılıqları yer alıb.

Bakı klubunun baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 22-ci turunda “Sabah”la matçdan (0:1) sonra mətbuat konfransında hakimlərlə bağlı söylədiyi fikirlər xatırlanıb.

Sujetdə futbol mütəxəssisləri “Zirə”nin hakim narazılıqları ilə bağlı tənqidlərində haqlı olub-olmamasına münasibət bildiriblər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp