“Layiqli qələbə qazandıq. Oyunda üstünlük və nəzarət bizim əlimizdə idi”. Bunu futbolinfo.az-a açıqlamasında “Zirə”nin yarımmüdafiəçisi Ceyhun Nuriyev deyib.

23 yaşlı futbolçu ötən gün Azərbaycan Kubokunun ¼ final mərhələsində “Səbail”ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan danışıb: “Oyunun sonlarında “Səbail” təzyiqi artırdı. Düşünürəm ki, ümumlikdə bizim üçün yaxşı görüş keçdi. Cavab görüşünə öndə yollanırıq. Ancaq hələ bizi azı 90 dəqiqə gözləyir. Qələbə qazansaq da, “Səbail” yaxşı rəqib olduğu üçün şansları bərabər sayıram”.

Nuriyev yeni komandasına tez öyrəşdiyini də açıqlayıb: “Şükür, “Zirə”də hər şey yaxşıdır. Adaptasiyam tez oldu, komandaya rahat uyğunlaşdım. Mütəmadi oynamağa davam etsəm, daha da artıracam”.

Gənc oyunçu qarşıdakı iki həftədə olan qrafik sıxlığından danışıb: “Qrafik sıxdı, amma bu, bizə çətinlik yaratmır. Bizim üçün daha yaxşıdır, çünki futbolçular daim oynamaq istəyir. Oyun günü olanda sevinirik”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp