Bu gün AFFA Klublar Komitəsnin növbəti iclası keçirilib. Bakı Olimpiya Stadionunda baş tutan tədbirdə klub rəhbərləri iştirak edib.
AFFA bu barədə rəsmi məlumatı saytına yerləşdirməsə də, “Futbolinfo” yığıncaqla bağlı bəzi məlumatları əldə edib. Belə ki, klub rəhbərləri müxtəlif məsələləri müzakirə edib.
Legioner limitinin “8+3”-ə dəyişdirilməsi lə bağlı təklifin də səsləndirildiyi iclasa AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək də qatılıb. O, VAR otağında müxtəlif epizodlara izahat verib, eyni zamanda klubların narazılığını dinləyib.