Yaponiya qran-prisinin təşkilatçıları Formula 1-lə müqavilənin uzadılmasını elan ediblər. Mərhələ 2029-cu ilə qədər təqvimdə qalacaq. Yarış indi olduğu kimi Suzuka trassında baş tutacaq.
“Suzuka unikal traslardan biridir. O, bütün Formula 1 həvəskarlarının ürəyində dərin kök salıb. Bu mərhələnin təqvimdə uzun müddət qalacağına görə çox xoşbəxtəm.
Bu mövsüm qran-prinin təqvimdəki yeri bir qədər fərqlidir. Təqvimin daha rasional tutulmasında bizi anladıqlarına görə promouterlərə təşəkkürümü ifadə etmək istəyirəm”, – deyə Formula 1-in icraçı direktoru Stefano Domenikalı bildirib.
Əlavə edək ki, Yaponiya qran-prisini keçirmək üçün Osaka trassı da öz təklifini irəli sürmüşdü. Lakin mərhələnin Suzukada baş tutması daha məqsədəuyğun sayılıb.