“Turan Tovuz”un əsas heyətindən uzaqlaşdırılan Budaq Nəsirov özünə yeni klub tapıb. Əvəzedici heyətlərin oyununda öz komanda yoldaşını vuran, bu üzdən 4 oyunluq cəzalanan yarımmüdafiəçi I Liqada çıxış edəcək.

Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, futbolçu “Karvan”la müqavilə bağlamaq üzrədir. Tərəflər artıq razılığa gəlib və həftənin sonunadək anlaşma rəsmiləşəcək.

Nəsirovun icarəyə verləcəyi, yoxsa Yevlax klubuna azad agent kimi keçəcəyi bəlli deyil.

Shares: