“Arsenal”ın əfsanələrindən olan Yan Rayt komandanın hazırkı baş məşqçisi Mikel Artetaya dəstək verib. Sabiq hücumçu “Liverpul” üzərində son qələbəni çılğınlıqla qeyd edən mütəxəssisin qınanılmasını anlaya bilmir.

Futbolinfo.az xəbər verir ki, qələbənin qeyd edilməsini normal hal sayan Rayt deyib: “Nədənsə insanlar “Arsenal”ın qələbəni qeyd etməsinə qısqanclıqla yanaşır. Biz nəyi düz etməmişik? Niyə kimlərsə sevinci, həyəcanı öldürməyə çalışır? Xoşbəxtliyi öldürməyin, o hamının haqqıdır. “Arsenal” bir şey edəndə hamı bu komandanın sevinməsinə qadağa qoymaq istəyirmiş kimi hücuma başlayır. Amma buna imkan vermək olmaz. Arteta sevinməyə davam etməlidir və heç kimə fikir verməməlidir”.

Hazırda 60 yaşı olan İngiltərə millisinin üzvü 1991-98-ci illərdə “Arsenal”ın şərəfini qoruyub.

Shares: