Marafonda hazıkı dünya rekordçusu, keniyalı atlet Kelvin Kiptum avtoqəzada dünyasını dəyişib. Bu barədə “Biznakenya” nəşri məlumat verib.

İdmançı Keniyanın Eldoret və Kaptaqat şəhərləri araındakı avtomagistralda qəzaya uğrayıb. Marafon qaçışçısı sükan arxasında olub. O, idarəetməni itirərək ağaça çırpılıb.

24 yaşlı atletlə birlikdə məşqçisi Jerve Hakizimana da həlak olub. Onlarla birlikdə maşında olan qız isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, ötən ilin oktyabrında Kiptum Çikaqo marafonunda məsafəni 2 saat 35 saniyəlik nəticəylə dünya rekordunu yeniləyərək qalib olmuşdu. Kiptum Keniya milli komandasının heyətində Paris Olimpiadasında çıxış etməliydi.

Shares: