Martin Subimendi İngiltərə Premyer Liqasında oynaya bilər. “Real Sosyedad”ın mərkəz yarımmüdafəçisi iki klubdan təklif alıb.

Futbolinfo.az xəbər verir ki, 25 yaşlı ispanın sərgilədiyi futbol nəhəng klubların diqqətini çəkib. Yayda onun “Liverpul” və “Arsenal”dan birini seçəcəyi gözlənilir. San-sebastyanlılar aparıcı oyunçusunu 50 milyon avroya satmağa razıdır.

Bu transferdə “Arsenal” bir addım öndə görünür. “Liverpul” şəxsi müqavilədə daha sərfəli şərtlər təklif etsə də, londonluların ispan baş məşqçisi Mikel Arteta həmyerlisini dilə tutmağa çalışır. Bu məqamın keçiddə həlledici rol oynaması mümkündür.

“Real Sosyedad” yetirməsi olan Subimendi 2020-ci ildən əsas komandadadır. Onun klubu ilə 2027-ci ilin yayınadək müqavləsi var.

Shares: