“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində doğma meydanda “Sumqayt”a qarşı keçirdikləri oyunla bağlı fikirlərini paylaşıb.

Futbolinfo.az xəbər verir ki, o, 0:0 hesablı heç-heçəni belə şərh edib:

“Hər iki komanda çox istəkli idi. Maraqlı oyunun şahidi olduq. Texniki səhvdən qapımızda penalti gördük, onun davamında təhlükəli korner oldu. Sonrakı dəqiqələrdə oyunu bərabərləşdirdik, üstünlüyü ələ aldıq. Bir epizodda Mehdi inamlı seyv etdi. Penalti epizodumuz var idi. İkinci hissədə də bir neçə təhlükəli hücumumuz oldu. Hər iki tərəfdə top itkiləri çox olurdu. Bunda meydança amili də rol oynaya bilər. Or örtüyü son oyunlardan sonra ideal vəziyyətdə deyil. Rafael Utziqlə iki təhlükəli qol epizodumuz oldu. İstifadə edə bilsəydik, qələbə qazana bilərdik. Bu oyunu tezliklə unudub növbəti matça hazırlaşacağıq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp