MBA-da bu il azarkeş rekordu yenilənə bilər. Keçən illə müqayisədə indiki dövrə olan göstəricilər daha yüksəkdir.
İndiyədək 2022-2023 mövsümü ən çox azarkeş gələn çempionat olub. Həmin mövsümdə ümumi tamaşaçı sayı 22,2 milyon, orta hesabla hər matç üçün isə 18,077 nəfər təşkil edib. Bu mövsümün göstərciləri həmin qrafiki 2% qabaqlayır. Bundan əlavə, anşlaqların sayı da artıb. Keçən il 791 oyunda bütün biletlər satılmışdı. Bu mövsümün indiki dövrü üçün tam biletləri satılan oyunların sayı artıq 524-ə çatıb.
MBA marketinq şöbəsinin rəhbəri Conatan Tillman marağın artımını iki amillə əlaqələndirir: Qərb konfransında gərgin rəqabət və mövsümdaxili turnirin keçirilməsi.
Əlavə edək ki, on klubun bütün ev oyunlarında anşlaq olub. Bunlar “Boston Seltiks”, “Qolden Steyt Vorriors”, “Mayami Hits”, “Filadelfiya Siksers”, “Yuta Caz”, “Dallas Maveriks”, “Denver Naggets”, “Finiks Sans” və “Sakramento Kinqs” komandalarıdır.