“Real”, “Valensiya“, “İnter, “Napoli”, “Çelsi”, “Liverpul”, “Nyukasl” və s. komandalarının sabiq baş məşqçisi, hazırda “Selta”nı çalışdıran Rafael Benites yığma komandada işləmək arzusunda olduğunu dilə gətirib.

“Gələcəkdə milli komandanın baş məşqçisi olmaq istəyirəm. Dünya və Avropa çempionatında işləmək yaxşı olardı. İngiltərə? Bu, bir qədər düzgün sual deyil. Çünki İngiltərə millisinin baş məşqçisi var. O, öz işinin öhdəsindən məharətlə gəlir. Hətta Sautheytin komandasında olan mütəxəssislər arasında dostlarım da var. Münasibətlərimiz əladır. Amma gələcəkdə titul uğrunda mübarizə aparacaq gücdə olan komandanı çalışdırmaq istərdim.

Məğlubiyyətlər məni çox üzür. Az-az uduzan komandanın baş məşqçisi olduqda qələbələrə alışırsan. Buna görə də güclü milli komandanın baş məşqçisi olmaq istəyirəm”, – deyə ispaniyalı mütəxəssis qeyd edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp