2-ci Bundesliqa ilk dəfədir ki, tamaşaçı sayına görə əsas liqanı qabaqlamağı bacarıb.

“Kicker” nəşrinin məlumatına görə, Almaniyanın ikinci divizionunun 22-ci turunun oyunlarına ümumilikdə 284 643 tamaşaçı gəlib. Ən çox azarkeş “Şalke” – “Vehen” (1:0) matçında olub. Gelzerkinxendəki oyunu 60 542 nəfər izləyib.

Bundesliqanın son turunda göstərici 261 099 tamaşaçı təşkil edib. Ən çox tamaşaçı “Köln” – “Verder” matçında qeydə alınıb. Tribunalarda 50 min azarkeş olub.

Əlavə edək ki, bu mövsüm Bundesliqada matçlara orta hesabla 39 068 tamaşaçı gəlir. Analoji göstərici ikinci Bundesliqada 28 358 nəfərə bərabərdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp