Rusiya millisinin sabiq futbolçusu Dmitri Bulıkin həmyerlisi Andrey Lunyovun formasını geyindiyi “Qarabağ”ın Avropa Liqasının 1/8 final mərhələsində Almaniya təmsilçisi “Bayer” önündə şanslarını dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, 44 yaşlı keçmiş hücumçu qapıçının almanlara qarşı yüksək motivasiya olunacağını düşünür.

Ancaq Bulıkin “Bayer”in mərhələ adlayacağına əmindir: “Aydındır ki, “Bayer” “Qarabağ”dan güclüdür və daha da irəliləyəcək. Andrey üçün keçmiş komanda yoldaşları ilə yenidən görüşmək, söhbət etmək və onlara Bundesliqada uğurlar arzulamaq maraqlı olacaq. O, təbii ki, “Bayer”lə bu görüşlərdə özünün ən yaxşı futbolunu göstərməyə çalışacaq. Lunyov özünü ən yaxşı tərəfdən göstərmək arzusunda olacaq”.

Qeyd edək ki, “Qarabağ”la “Bayer” arasında ilk oyun martın 7-də Bakıda, cavab görüşü 14-də Leverkuzendə keçiriləcək.

Shares: