Stefanos Tsitsipas Apapulko şəhərinin sakinlərinə edəcəyi yardımla bağlı fikirlərini bildirib.
Qeyd edək ki, yunan tennisçi turnir ərzində etdiyi hər bir eysə görə 1000 dollar yardım verəcək. İlk mərhələdə Roman Safiullinə qarşı oyunda o, 5 dəfə eys edə bilmişdi.
“Belə vacib anlarda mən faydalı olub insanlara yardım etmək istəyirəm. Buna görə də qərar başadüşülən idi. Akapulkoya kömək edilməsini çox istəyirdim. Aeroportdan gələrkən yardıma ehtiyacı olan çoxlu sayda insanın növbəsini gördüm. Onlar yemək üçün durmuşdular. Bu, mənə çox təsir etdi. Sevinirəm ki, tennisin sayəsində ailələrə sevinc bəxş edə bilirəm”, – deyə tennisçi bildirib.