“Sabah”ın sabiq baş məşqçisi Murad Musayevin yeni iş yeri müəyyənləşib. O, gözlənildiyi kimi, “Krasnodar”ın baş məşqçisi təyin olunub. Bu barədə Rusiya Premyer Liqası təmsilçisinin saytı məlumat yayıb.

40 yaşlı mütəxəssislə bu mövsümün sonuna kimi müqavilə imzalanıb. Musayev istefaya göndərilən Vladimir İviçi əvəzləyib.

Qeyd edək ki, “Krasnodar” Rusiya Premyer Liqasında 20 oyundan 39 xalla 2-ci yeri tutur və lider “Zenit”dən 1 xal geri qalır. Musayev fevralda “Sabah”dan ayrılmışdı. O, 2018-ci ilin aprelindən 2021-ci ilin aprelinədək “Krasnodar”ı çalışdırıb.

Shares: