Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar martın 26-da keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, ölkə çempionatında 18-ci turun qarşılaşmaları Bakı və Gəncə şəhərlərində baş tutacaq.

Ev oyunlarını Gəncə OİK-də keçirən “Gəncə” klubunun bu dəfəki qonağı UNEC komandası olacaq. Oyun saat 15:00-da başlayacaq.
Turun digər qarşılaşmaları həmin gün Bakıda GİN-nin Voleybol Mərkəzində təşkil olunacaq. Saat 15:00-da “Abşeron” klubu “Milli Aviasiya Akademiyası”nı, ardınca isə (18:00) “Murov Az Terminal” kollektivi “Azərreyl”i qəbul edəcək.

15:00 “Gəncə” – UNEC (Gəncə OİK)
15:00 “Abşeron” – “Milli Aviasiya Akademiyası” (GİN-nin Voleybol Mərkəzi)
18:00 “Murov Az Terminal” – “Azərreyl” (GİN-nin Voleybol Mərkəzi)

Shares: