Kanada milli komandası Avstraliyada keçirilən körlinq üzrə dünya çempionatının qalibi olub. Qadınlardan ibarət komanda final görüşündə İsveç millisini 7:5 hesabı ilə məğlubiyyətə uğradıb.

Beləliklə də kanadalılar tarixdə 18-ci dəfə dünya çempionu titulunu qazanıblar. Bu da çempionatlar tarixinin rekordudur. Onlardan sonra 10 dəfə çempion olan İsveçrə millisi gəlir.

Turnirdə 3-cü yeri Cənubi Koreyadan olan qızlar tutub. Onlar bürünc medallar uğrunda görüşdə İtaliya yığmasına 6:3 hesabı ilə qalib gəliblər.

Shares: