“Qarabağ”ın futbolçuları Marko Yankoviç və Marko Veşoviç Monteneqro millisində növbəti oyuna çıxıblar.

Futbolinfo.az xəbər verir ki, hər iki futbolçu Şimali Makedoniyaya qarşı keçirilən yoldaşlıq matçının iştirakçısı olub.

Görüş Monteneqronun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Markoların hər ikisi meydana 61-ci dəqiqədə buraxılıblar.

Qeyd edək ki, Monteneqro millisini hazırda Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki çalışdırır.

Shares: