21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yer aldığı F qrupunda da 2 oyun baş tutub.
Serbiya yığması doğma meydanda Şimali İrlandiya ilə üz-üzə gəlib və 1:2 hesabıyla məğlub olub.
İngiltərə millisi isə doğma meydanda Lüksemburqu 7 cavabsız qolla yenib.
Bu nəticələrdən sonra F qrupundakı turnir cədvəlində vəziyyət belədir:
Ukrayna – 18. İngiltərə – 18. Serbiya – 10. Şimali İrlandiya – 6. Lüksemburq – 4. Azərbaycan – 3.