Mayami turnirindən sonra tennisçilərin yeni reytinq cədvəli açıqlanıb.

İlk onluqda ciddi dəyişikliklər baş verib. İtaliyalı Yannik Sinner “Masters”də qələbə sayəsində dünya sıralamasında 2-ci pilləyə yüksəlib. Finalın digər iştirakçısı Qriqor Dimitrov isə 10 ildən sonra ilk 10 tennisçi arasına qayıdıb.

1 aprel tarixinə ATP reytinqi:

1 (1). Novak Cokoviç (Serbiya) – 9725 xal

2 (3). Yannik Sinner (İtaliya) – 8710

3 (2). Karlos Alkaras (İspaniya) – 8645

4 (4). Daniil Medvedev (Rusiya) – 7165

5 (5). Aleksandr Zverev (Almaniya) – 5415

6 (6). Andrey Rublyov (Rusiya) – 4890

7 (7). Holger Rune (Danimarka) – 3795

8 (8). Kasper Ruud (Norveç) – 3615

9 (12). Qriqor Dimitrov (Bolqarıstan) – 3540

10 (9). Hubert Hurkaçz (Polşa) – 3425

Qadınların sıralamasında polşalı İqa Şvyontek liderliyini qoruyur. İkinci pillədə belaruslu Arina Sobolenkodur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp