“Edmonton Oylers” komandasının kapitanı Konnor Makdevid Milli Hokkey Liqasının müntəzəm çempionatının növbəti oyununda məhsuldar ötürmə edib. Bu hadisə “Sent-Lyuis”lə oyunda baş verib.

Bununla da kanadalı hokkeyçi mövsümdə 97-ci asistini reallaşdırıb. Bu da MHL-də 21-ci əsrin ən yüksək göstəricisidir.  Sonuncu dəfə bu qədər məhsuldar ötürməni bir mövsümdə Adam Outs 1992/1993-cü illərdə edib.

Makdevid 126 xalla (26+97) hazırda bombardirlər siyahısında 3-cü pillədədir. Siyahıya Natan Makkinnan başçılıq edir. Onun aktivində 127 xal (47 qol + 80 asist) var. Rusiyadan olan Nikita Kuçerov da Makkinnanla eyni xal toplayıb (42+85).

Shares: