Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk olaraq “Neftçi” “Qarabağ”ı qəbul edib.

“Neftçi Arena”da keçirilən qarşılaşma saat 20:00-da başlayıb. Ağdam təmsilçisi səfərdə darmadağınla qalib gəlib və demək olar ki, cütün taleyini həll edib.

Qeyd edək ki, yarımfinal mərhələsinin “Zirə” – “Qəbələ” dueli aprelin 3-də baş tutacaq. Hər iki cavab qarşılaşması aprelin 24-də keçiriləcək.

Azərbaycan kuboku
Yarımfinalın ilk oyunu

2 aprel

“Neftçi” – “Qarabağ” 0:4
Qollar: Toral Bayramov, 14-pen; 29. Marko Yankoviç, 37. Nəriman Axundzadə, 86.
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Rəşad Əhmədov.
“Neftçi Arena”.

Neftçi: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 14. Eddi İsrafilov (k), 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 6. Dieqo Valdez, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon, 88. Brayan Moreno, 77. Yeqor Boqomolski
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 95. Rəvan Kazımov, 8. Emin Mahmudov, 2. Qara Qarayev, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 91. Ağadadaş Salyanskiy, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 9. Andre Şinyaşiki, 20. Alfa Konte.
Baş məşqçi: Miodraq Bojoviç.
Qarabağ: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.

Shares: