MBA-da bu gecə 9 oyun baş tutub. Ən əlamətdar hadisə Coel Embiidin zədədən sonra qayıtması olub.

Keçən il liqanın ən dəyərli basketbolçusu seçilən “Filadelfiya Siksers”in üzvü, ilk görüşündə 24 xal toplayıb. Komandası isə “Oklahoma-Siti Tanders” üzərində 109:105 hesablı qələbə qazanıb.

Ardıcıl qələbələrdən sonra “Hyuston Rokets” ikinci dəfə məğlub olub. Bu dəfə Texas komandası “Minnesota Timbervulvz” qarşısında aciz qalıb – 106:113.

Çempionatın debütantı Viktor Vembanyama çempiona qarşı fantastik oyun nümayiş etdirib. Lakin bu da “Denver Naggets”in qələbə qazanmasına mane olmayıb – 110:105. “San Antonio Spörs”ün gənc ulduzu oyun ərzində 23 xaldan əlavə , 15 ribaund , 8 asist və 9 blok-şot edib. Meydan sahiblərinin lideri Nikola Yokiç isə görüşü 42 xal və 16 ribaundla tamamlayıb.

“Sakramento Kinqs” evdə “Los-Anceles Klippers”dən üstün olub – 109:95. Domantas Sabonis növbəti dabl-dablını reallaşdırıb.

Los-Ancelesin digər komandası isə Torontoda 128:111 hesabı ilə qalib gəlib. Gözlənilməz nəticələrdən biri Vaşinqtonda baş verib. Yannis Antetokumbonun tripl-dabl etdiyi oyunda “Miluoki Baks” məğlub olub – 113:117.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp