Portuqaliya çempionatının liderləri – “Benfika” və “Sportinq” ölkə kubokunun yarımfinalında üz-üzə gəlib. Dünən Lissabon nəhəngləri arasında cavab görüşü oynanılıb.

Matç 2:2 hesabı ilə yekunlaşıb. Bu komandalar arasında ilk oyunda “Sportinq” 2:1 hesabı ilə qalib gəlmişdi. İki oyunun nəticəsinə əsasən, “Sportinq” “Benfika” səddini aşaraq finala adlayıb.

Komanda finalda “Portu” – “Vitoriya Gimaraes” cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, “Sportinq” 26 oyundan sonra 68 xalla Portuqaliya çempionatında birinci yerdədir. “Benfika” 27 oyundan sonra 67 xal toplayıb və turnir cədvəlinin 2-ci pilləsində qərarlaşır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp