MBA-da müntəzəm çempionatın başa çatmasına bir həftə qalmış Qərb konfransında bir cütlük müəyyənləşib. Konfransın ¼ finalında “Los-Anceles Klippers”lə “Dallas Maveriks” qarşılaşacaq. Bu iki komanda öz konfranslarında 4 və 5-ci yerləri tutub.

“Dallas Maveriks” bu gecə səfərdə “Mayami Hits” üzərində qələbədən sonra bu hüququ təmin edib. Texaslılar 111:92 hesaı ilə qalib gəliblər. Luka Donçiç oyunda 29 xal toplayıb.

Xatırladaq ki, konfransda ilk 3 yer uğrunda “Minnesota Timbervulvs”, “Denver Naggets” və “Oklahoma Siti Tanders” arasında gərgin mübarizə gedir.

Shares: