Türkiyə Futbol Federasiyası (TFF) Superkubokda “Qalatasaray” ilə “Fənərbağça” arasında yarımçıq dayandırılan matçı ilə bağlı qərarları açıqlayıb.

TFF oyunun ikinci dəqiqəsində meydanı tərk edən “Fənərbağça”ya 4 milyon lirə pul cəzası və texniki məğlubiyyət verib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, “Fənərbağça” TFF-nin oyuna əcnəbi hakim təyin etməməsi səbəbindən qurumu boykot edib və oyuna çıxan U-19 komandası ikinci dəqiqədə meydançadan çıxıb.

Shares: