Formula 1 üzrə dünya çempionatının gələn ilki təqvimi anons edilib.

Futbolinfo.az xəbər verir ki, 2025-ci ildə də bu il olduğu kimi 24 mərhələ planlaşdırılır.

Bu illə müqayisədə bir neçə dəyişiklik olacaq. Son illərdə ilk dəfə olaraq çempionata Avstraliyada start veriləcək. Bunun da səbəbi Ramazan ayına görə Bəhreyn və Səudiyyə Ərəbistanının mart ayında yarışları qəbul edə bilməməsidir.

İlk mərhələ martın 16-da olacaq. Çempionat dekabrın 7-də Əbu-Dabidə yekunlaşacaq.

Daha bir dəyişiklik Azərbaycan qran-prisinin bir həftə gec keçirilməsidir. Bakıdakı mərhələ sentyabrın 21-də olmalıdır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp