Formula 1-də müxtəlif ənənələr var. Onlardan da biri dəbilqədə qran-prilərin keçirildiyi yerə aid rəsmlərdir. Pilotlar tez-tez dizaynı olduqları yerə uyğun dəyişirlər.
Məlum olduğu ki, növbəti mərhələ Çinin Şanxay şəhərində baş tutacaq. Formula 1-də çıxış edən çinli sürücü Quanyu Çjou dəbilqəsindəki təsvirləri bu hadisəyə hədr edib. Onun dəbilqəsində Şanxay metrosunun sxemi əks edilib.
“Bu mənim ev qran-prisi üçün dəbilqəmdir. Üzərində Şanxay metrosunun və yerli gözlliklərin şəkilləri var. Ümid edirəm ki, bəyənəcəksiniz”, – deyə pilot qeyd edib.