“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade Ağdam klubundakı durumu barədə Portuqaliya mətbuatına maraqlı fikirlər səsləndirib.

Futbolinfo.az xəbər verir ki, 24 yaşlı hücumameyilli oyunçu “Qarabağ”, Azərbaycan və baş məşqçiləri Qurban Qurbanov barədə xoş fikirlər səsləndirib:

“Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir. Bu komanda inanılmaz inkişaf mərhələsindədir. Azərbaycan portuqaliyalılar üçün fantastik yerdir. “Qarabağ”da hər kəs bir-birinə ailə kimi yanaşır, baş məşqçi hər şeyə çox ciddi yanaşır və futbolçulara ata fiquru olan bir adamdır. O, təkcə futbolun səviyyəsinə deyil, bizim rifahımıza da əhəmiyyət verir”.

Portuqaliya əsilli futbolçu artıq Azərbaycan və rus dillərində danışmağı bacarır. Məlumatları yadında saxlamaq bacarığına görə, ona hətta “vikipedia” ləqəbi qoşublar. Andrade yeniliklərə meyilli olduğunu etiraf edib: “Bakı çox müasir, sürətlə inkişaf edən şəhərdir. Mən isə yeni dillər öyrənməyi sevən insanam. Həmişə ölkələr, oyunçular haqqında daha çox öyrənmək üçün araşdırma aparıram”.

Qeyd edək ki, Leandro Andrade 2022-ci ilin yanvarından “Qarabağ”ın formasını geyinir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp