Monte-Karloda keçirilən tennis üzrə “Masters” seriyalı turnirdə yarımfinal oyunları geridə qalıb. Dünya reytinqinin bir və iki nömrəsi məğlub olaraq finala yüksələ bilməyib.

İtaliyalı Yannik Sinner Stefanos Tsitsipasla bacarmayıb – 4:6, 6:3, 4:6. İlk setdə yunanıstanlı idmançı, ikincidə Sinner qalib gəlib. 3-cü setdə öndə olmasına baxmayaraq, əzələsində yaranan problemlər Sinnerə mane olub. Bundan istifadə edən Tsitsipas finala yüksəlib.

Digər yarımfinal da 3 set davam edib. İlk setdə uduzan Novak Cokoviç ikincidə inamlı qələbə qazanıb. Lakin norveçli tennisçi Kasper Ruud həlledici setdə daha yaxşı oynayaraq finala adlayıb.

Xatırladaq ki, Stefanos Tsitsipas 2 dəfə Monte-Karlo turnirinin qalibi olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp