Formula 1 komandaları çempionatda iştirakçıların maksimal sayını aşağı salmaq niyyətindədir. Hazırkı qaydalara əsasən, çempionatda 12 komanda iştirak edə bilər. Yeni imzalanacaq müqavilədə bu say 10-a enməlidir.

Burada əsas məqsəd, gələn qazancın daha çox komanda arasında bölünməsinin qarşısını almaqdır. Belə olan halda, gəlir indikindən az olacaq. Məhz buna görə də 2026-2030 mövsümləri üçün imzalanacaq razılaşmada yeni bənd nəzərdə tutula bilər.

Xatırladaq ki, uzun illərdir “Andretti” komandası çempionata gəlmək istəyir. Keçən il FİA-nın razılığı olsa da, Formula 1-in sahibləri buna icazə verməmişdilər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp