Futbol üzrə Azərbaycan II Liqasında mübarizə aparan Göygöl rayonunun eyniadlı komandası hazırlıqlarını davam etdirir.
Komanda ötən gün Elnur Kərimovun rəhbərliyi altında Göygöl Olimpiya İdman Kompleksində növbəti oyunun hazırlıqlarını başa vurub. Futbolçular məşqdə əsasən taktiki və texniki çalışmalar üzərində işləyiblər.
Qeyd edək ki, “Göygöl” 21-ci tur çərçivəsində sabah səfərdə “Şəki Siti” komandası ilə üz-üzə gələcək. Görüş saat 16:30 start götürəcək.
BƏHRUZ MUSAYEV, GÖYGÖL