“Neftçi”nin yarımmüdafiəçisi Reziuan Mirzovun yayda komandasını dəyişmək ehtimalı artıb.
Futbolinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı hücumameyilli oyunçu ölkəsinə dönməyin planlarını qurur.
Onunla Rusiya Premyer Liqasının bir neçə klubunun maraqlandığı öncədən açıqlanmışdı. Mirzov özü də “Neftçi”də əsas heyətə düşə bilmədiyi üçün həmin variantlardan birini dəyərləndirməyi düşünür.
Hazırda nə “ağ-qaralar”, nə də oyunçu özü mövsümün sonuna qədər olan müqavilə müddətini yeniləmək niyyətindədir. Bu da Mirzovun yayda komandasını tərk edəcəyindən xəbər verir.
Qeyd edək ki, Reziuan Mirzov “Neftçi”yə ötən il “Ximki”dən keçib.