Dünən baş tutan 1/4 final mərhələsinin cavab oyunlarından sonra Avropa Liqasında və Konfrans Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
AL-də bu ada Marsel “Olimpik”indən Cordan Veretu, “Roma”dan Canluka Mançini, “Atalanta”dan Berat Cimsiti və “Bayer”dən Matey Kovar namizəd göstərilib. Konfrans Liqasında isə Konstantinos Solakis (Olimpiakos), Ferran Jutqla, Matt Kaş (Aston Villa) və Kristiano Biragi (Fiorentina) fərqləndirilib.
Qaliblər UEFA-nın saytında keçirilən sorğu nəticəsində məlum olacaq.