Ferlan Mendi yayda “Real”ı tərk edə bilər. Madridlilər sol cinah müdafiəçisinin çıxışından məmnun deyil. Tez-tez zədələnən fransalının qeyri-sabit çıxışı onunla müqavilənin uzadılmamasına səbəb olub.
Futbolinfo.az xəbər verir ki, 2019-cu ildə Lion “Olimpik”indən 48 milyon avroya transfer edilən Seneqal əsilli oyunçu daha bir mövsüm İspaniya paytaxtında qala bilər. Amma “Real” onu azad agent kimi itirməmək üçün qarşıdakı yayda satmaq niyyətindədir.
Mendinin müştəriləri də var. “Mançester Siti”, “Liverpul”, “Arsenal”, “Mançester Yunayted” və “Bayern” bazar dəyəri yarıbayarı azalan 28 yaşlı oyunçu ilə maraqlanır. Futbolçu lə bağlı yekun qərar yayda veriləcək.