Dünən bitən turnirlərdən sonra tennisçilərin reytinqində kiçik dəyişikliklər baş verib. Buxarestdə keçirilən turnirdə çempion olduqdan sonra macarıstanlı Marton Fuçsoviç reytinqdə 53-cü yerə yüksəlib.

23 yaşlı Fransisko Komesana Oierasda keçirilən “Challenger”in qalibi olub və birinci dəfə ilk 100-lüyə daxil olub. Böyük turnirlər olmadığına görə ilk onluqda dəyişiklik baş verməyib.

1 (1). Novak Cokoviç (Serbiya) – 9990

2 (2). Yannik Sinner (İtaliya) – 8660

3 (3). Karlos Alkaras (İspaniya) – 8145

4 (4). Daniil Medvedev (Rusiya) – 7085

5 (5). Aleksandr Zverev (Almaniya) – 5425

6 (6). Kasper Ruud (Norveç) – 4480

7 (7). Stefanos Tsitsipas (Yunanıstan) – 4030

8 (8). Andrey Rublyov (Rusiya) – 3830

9 (9). Hubert Hurkaç (Polşa) – 3675

10 (10). Qriqor Dimitrov (Bolqarıstan) – 3640

Shares: