Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Superliqasının oyununu idarə edəcək.

Futbolinfo.az yerli “Yellowradio.gr” saytına istinadən xəbər verir ki, o, aprelin 28-də baş tutacaq “Panatinaikos” – “Aris” matçına təyinat alıb.

Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Əkif Əmirəli kömək göstərəcəklər. Digər FIFA referisi Kamal Umudlu AVAR-da yer alacaq.

Görüş Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. “Panatinaikos”a türkiyəli baş məşqçi Fatih Terim rəhbərlik edir.

Shares: