Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin sonuncu ilk oyunu keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, Dortmund “Borussiya”sı PSJ-ni qəbul edəcək.”Siqnal İduna Park”da oynanılacaq matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Çempionlar Liqası, yarımfinal (ilk oyun)
23:00. “Borussiya” (Dortmund, Almaniya) – PSJ (Fransa)
Baş hakim: Entoni Teylor (İngiltərə)
Bu komandalar arasında cavab görüşü mayın 7-i olacaq.
Xatırladaq ki, mərhələnin digər cütündə ilk oyun da Almaniyada baş tutub. Dünən keçirilən görüşdə “Bayern” “Real”la heç-heçə (2:2) edib.