“Maraqlı oyun alındı. Daha böyük hesabla qalib gələ bilərdik. İkinci hissədə bir çox şansımız olsa da, dəyərləndirə bilmədik”. Bunu futbolinfo.az saytına açıqlamasında “Sabah”ın yarımmüdafiəçisi Ayaz Quliyev deyib.

O, Misli Premyer Liqasının 33-cü turunda “Araz-Naxçıvan”a 1:0 hesabı ilə qalib gəldikləri matçdan danışıb: “Komanda olaraq yaxşı oynadıq. Xüsusilə ikinci hissədə”.

Quliyev vurduğu gözəl qoldan da danışıb: “O ki qaldı vurduğum qola, məncə də baxımlı qol alındı. Komandama qələbə qazandıran qolu vurduğuma görə çox şadam. Lakin əsas olan qələbədir. Şadam ki, bizim üçün vacib olan 3 xalı qazandıq. Amma artıq bu matçı unudub, qarşıdakı oyunlara köklənməliyik. Bizi qarşıda bir-birindən vacib 3 oyun gözləyir. İnanıram ki, bu oyunlardan da yaxşı nəticə ilə ayrılaraq mövsümün sonunda hədəflərimizə çatacağıq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp