“Nitsa” komandasının baş məşqçisi Françesko Farioli “Ayaks”a rəhbərlik edə bilər. Bu barədə onun həmyerlisi, məşhur insayder Canluka Di Marsio məlumat yayıb.

Onun sözlərinə görə, 35 yaşlı italyan mütəxəssis Niderland klubunun əsas favoritinə çevrilib. Rəhbərlik məhz onu baş məşqçi görmək istəyir. Tərəflər arasında artıq ilkin danışıqlar baş tutub.

Xatırladaq ki, Farioli Fransa çempionatına keçən yay keçib. Ona qədər Françesko Türkiyənin “Alanyaspor” və “Fatih Karagümrük” komandalarının baş məşqçisi olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp