Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Türkiyənin “Kocaelispor” klubu baş məşqçisi Mustafa Gürsel ilə yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti xəbər yayıb.

54 yaşlı mütəxəssis və köməkçilərinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

“Kocaelispor” 1-ci Liqanı 55 xalla 6-cı pillədə başa vurub. Komanda Super Liqaya vəsiqə uğrunda pley-offda mübarizə aparacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp